Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları başlaylb.
“Qafqazinfo”nun xəbərinə görə, Azərbaycanı qitənin futbol üzrə ən nüfuzlu klub turnirində təmsil edən son ölkə çempionu Ağdamın “Qarabağ” komandası ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Maltanın “Valletta” komandası ilə qarşılaşır.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunun baş hakimi belaruslu Siarhei Tsinkeviçdir.
Ağdam təmsilçisi Malta klubu ilə səfərdə keçirilən ilk oyunda minimal hesablı (1:0) qələbə qazanıb. Ona görə “Qarabağ” komandasına növbəti mərhələyə adlamaq üçün heç-heçə də kifayət edir.
***
Oyunun 15-ci dəqiqəsində Ağdam klunu Reynaldo ilə hesabı açıb: 1-0.
***
18-ci dəqiqədə “Valletta” klubunun oyunçusu Conatan kobud qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.
***
İkinci hissənin əvvəllində - 48-ci dəqiqədə Çumbinyo “Qarabağ”ın ikinci qolunu vurub: 2-0.
***
67-ci dəqiqədə Dias hesabı 3-0 edib.
***
80-ci dəqiqədə L.Corc Ağdam təmsilçinin 4-cü qolunu vurub.
***
2 dəqiqə sonra “Valletta”nın kapitanı Feleç qırmızı vərəqə alaraq oyundan qovulub.
***
Oyun “Qarabağ”ın 4-0 hesablı qələbəsi ilə başa çatıb. Ötən oyunla (1-0) birlikdə ümumi hesab 5-0 olub. Bununla da Ağdam klubu növbəti mərhələyə keçib.
Son xəbərlər
Son Xəbərlər