“Qarabağ” növbəti mərhələyə çıxarsa...

qarabag-novbeti-merheleye-cixarsa
Oxunma sayı: 1578


“Qafqazinfo”nun “ans press”ə istinadən verdiyi məlumata görə, Azərbaycan çempionu bu səddi keçsə, turnirin “play-off” mərhələsində mübarizə aparacaq.

Bu mərhələdə 20 komanda mübarizə aparacaq. Onlardan 15-i III təsnifat mərhələsinin qalibləri olacaq. Qalan 5 komanda isə birbaşa bu mərhələyə vəsiqə qazanıb. Belə ki, 2013/14 mövsümündə ölkə çempionatlarında qazandıqları nəticələrə uyğun olaraq İspaniyanın “Atletik”, Almaniyanın “Bayer”, Portuqaliyanın “Portu”, İngiltərənin “Arsenal” və İtaliyanın “Napoli” klubları “play-off”da yarışmaq imkanı qazanıb. Amma “Qarabağ” bu komandalarla qarşılaşmayacaq. Çempionumuzun rəqibi III təsnifat mərhələsindən gələnlərdən biri olacaq.

Qeyd edək ki, “play-off” mərhələsinin püşkü avqustun 8-də atılacaq. Mərhələnin ilk oyunları avqustun 19-20-də, cavab qarşılaşmaları ayın 26-27-də keçiriləcək. 

Mərhələnin 10 qalibi Çempionlar Liqasının, 10 məğlubu isə Avropa Liqasının qrup mərhələsinə düşəcək.