“Qarabağ” “Omoniya” ilə heç-heçə etdi - Yenilənib

“Qarabağ” “Omoniya” ilə heç-heçə etdi
Oxunma sayı: 7518

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin növbəti turunun oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun komandası doğma azarkeşlər önündə Kiprin “Omoniya” klubunu qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə 21:45-də start götürəcək. Qrupun digər matçı isə saat 19:30-da Qazaxıstanda “Kayrat” və “Bazel” komandaları arasında baş tutacaq. İsveçrə təmsilçisi Qazaxıstanda xal itirsə, “Qarabağ” da qələbə qazansa, bu zaman təmsilçimiz qrupda 1-ci yeri təmin edəcək ki, bu da 1/8 finala vəsiqə deməkdir.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, V tur
25 noyabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Omoniya” (Kipr)

Baş hakim: Morten Krox (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu

***

Komandalar görüşə aşağıdakı tərkibdə çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

“Omoniya”: 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Dyuriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Haralambos Haralambus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos

Ehtiyat oyunçular: 74. Katsper Horonjka, 4. Şehu Abdullahi, 8. İyayi Atimven, 13. Fotis Papulis, 15. Tomaş Quboçan, 16. Jordi Qomes, 17. Yan Letsyaks, 21. Marinos Tsionis, 42. Mikkel Diskerud, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 82. Andreas Evangelu

***

Matç başladı.

***

Qarşılaşmanın 43-cü dəqiqəsində qonaqların futbolçusu Mixal Duriş hesabı açır. O, penaltidən fərqlənir.

***

Birinci hissə başa çatdı.

***

"Qarabağ" 49-cu dəqiqədə hesabı bərabərləşdirir. Künc zərbəsindən sonra Paris Psaltis topu öz qapısına göndərir.

***

Oyunun 64-cü dəqiqəsində "Qarabağ"ın vurduğu qol ofsayt hesab olunduğuna görə sayılmadı.

***

Rəqib oyunçu Kiko 66-cı dəqiqədə qırmızı vərəqə aldı.

*** 

Patrik Andrade 88-ci dəqiqədə "Qarabağ"ı önə keçirdi.

***

Rəqib 90-cı dəqiqədə hesabı bərabərləşdirdi. Qolun müəllifi Jordi Qomes ikinci hissədə oyuna daxil olub.

***

Qarşılaşma 2:2 hesabı ilə başa çatdı.