“Qarabağ” oyununa 32 min bilet satılıb

qarabag-oyununa-32-min-bilet-satilib
Oxunma sayı: 973

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Tottenhem” - “Qarabağ” görüşünə yerli azarkeşlərin marağı böyükdür.

“Qafqazinfo”nun Apasport.az-a istinadən məlumatına görə, artıq qarşılaşma üçün 32 min bilet satılıb.

Qeyd edək ki, London klubu ev oyunlarını 38 min azarkeş tutumuna malik “Uayt Hart Leyn” stadionunda keçirir.

Matçın başlama saatına qədər satışların daha da artacağı və stadionun tam dolacağı gözlənilir.