“Qarabağ” oyununun bilet satışı müvəqqəti dayandırıldı -

qarabag-oyununun-bilet-satisi-muveqqeti-dayandirildi-
Oxunma sayı: 1139


“Qafqazinfo” bununla bağlı Ağdam klubunun yaydığı bəyanatı təqdim edir:

“Qarşılaşmaya olan hədsiz maraq Tofiq Bəhramov adına Respublika stadionunun kassaları önündəki toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, kütləvi maraqdan istifadə edən bəzi “işbazlar" qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən, klubumuz tərəfindən kassalar bağlanıb, hüquq-mühafizə orqanlarına müraciət edilib və qeyri-leqal satışla bağlı tədbir görülüb".

Satış sabah səhərdən etibarən bərpa olunacaq. “Qarabağ” rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar: “Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız”.

Qeyd edək ki, avqustun 5-də Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Seltik” matçı saat 21:00-da başlanacaq.

“Qafqazinfo”