“Qafqazinfo” xəbər verir ki,90 dəqiqə ərzində qapılara qol vurulmayıb və görüş 0-0 hesabı ilə bitib. Stadionu dolduran azarkeşlər və televiziya qarşısında oyunu izləyən insanlar “Qarabağ”dan ən azı minimal hesablı qələbə gözləyirdi. Lakin təəssüflər olsun ki, təmsilçimizin bir neçə cəhdi uğursuz olub. İndi bir həftədən sonra Hollandiyada keçiriləcək matçı gözləmək lazımdır ki, bu oyun da “Qarabağ” üçün heç də asan olmayacaq. Əslində Ağdam klubu bu gün rəqibini məğlub edə bilərdi . Əgər geniş palçıq sahəsini xatırladan bir “meydança”da oynamasaydı. Və ya rəqib 10 nəfərlə müdafiə olunmasaydı. Başqa bir səbəb də baş məşqçi Qurban Qurbanovun dediyi kimi əsas heyət futbolçusu Çumbinyoniun olmaması komandanın bütün planlarını dəyişdirib.
Bu hesab sözsüz ki, “Tvente”yə sərf edir. Cavab qarşılaşması üçün səfər komandasına bundan yaxşı nəticə ola bilməzdi. Lakin ümid edək ki “Tvente” ilə “Qarabağ”ın ilk görüşündəki aqibət yaşanmaz və təmsilçimiz səfərdə 3-1 hesabı ilə uduzmaz.
İqbal
Son xəbərlər
Son Xəbərlər