“Qarabağ” heyətini “Palermo”nun futbolçusu Karlos Embalo ilə gücləndirmək istəyir. “Qafqazinfo” xəbər verir ki, bu barədə italiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, “Peskara”nın da heyətində görmək istədiyi oyunçuya “Qarabağ”dan təklif gəlib. Futbolçunun meneceri Beppe Akkardi yerli mətbuata açıqlamasında bunları deyib: “Onu bir çox klublar heyətində görmək istəyir. Eləcə də “Qarabağ” və “Luqano”. Amma hələ son qərarı verməmişik”.
Son xəbərlər
Son Xəbərlər