“Qarabağ” Pedro ilə yollarını ayırdı

qarabag-pedro-ile-yollarini-ayirdi
Oxunma sayı: 1518

Pedro Enrikenin “Qarabağ”dan ayrılması rəsmiləşib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında Ağdam təmsilçisinə keçən yarımmüdafiəçi Azərbaycanı tərk edib.

Belə ki, icarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb.

Qeyd edək ki, Enrike “Qarabağ”ın heyətində çıxdığı 26 matçda 6 qola imza atıb.