“Qarabağ” – “Qalatasaray” matçı bu tarixdə keçirilə bilər

qarabag-qalatasaray-matci-bu-tarixde-kecirile-biler
Oxunma sayı: 3610

“Qarabağ” və “Qalatasaray” arasında dostluq matçı martın 26-da keçirilə bilər. Bu barədə “Qafqazinfo”ya klubun idman direktoru Əmrah Çəlikəl məlumat verib.

O bildirib ki, tam dəqiqləşməsə də, qarşılaşmanın martın 26-sı saat 20:00-da keçirilməsi planlaşdırılır.

Oyun Bakı Olimpiya Stadionunda olacaq.

Qeyd edək ki, bu matçdan gələn gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən bölgələrə göndəriləcək.