“Qarabağ” – “Qalatasaray” matçının biletləri sabahdan satışa çıxarılacaq

qarabag-qalatasaray-matcinin-biletleri-sabahdan-satisa-cixarilacaq
Oxunma sayı: 2226

“Qarabağ”  və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletləri sabahdan etibarən satışa çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi feysbuk səhifəsi məlumat yayıb. 

Həmçinin oxuyun: Ещё одно новшество в “e-Tabib”!

Bildirilir ki, biletlər sabah saat 11:00-dan başlayaraq kassalarda olacaq. 

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Satış məntəqələri: 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Iticket.az-ın satış məntəqələri.

“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.

Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.