“Qarabağ” qalib gəldi

qarabag-qalib-geldi
Oxunma sayı: 1636

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama oyununa çıxıb.

"Qafqazinfo" xəbər verir ki, Ağdam klubu Qazaxıstan təmsilçisi “Jetısu” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

Qurban Qurbanovun komandasına qələbə qazandıran qola 5-ci dəqiqədə Mahir Emreli imza atıb.
 
Qeyd edək ki, “Qarabağ” Antalyadakı ilk sınağında Rumıniyanın “Akademika Klinçeni” klubu ilə 2:2 hesablı bərabərə qalıb.