Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, açılış oyununda "Qəbələ" lider "Qarabağ"ı qəbul edib. Görüş “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda ilk qolu 64-cü dəqiqədə Xayme Romero vurub. 68-ci dəqiqədə Qara Qarayev fərqi 2 topa çatdırıb.
Son üç qolu isə 87-ci, 90-cı və 90+1-ci dəqiqələrdə Mahir Emreli vurub. 90+4-cü dəqiqədə Emreli penaltini yerinə yetirə bilməyib.
Beləliklə, "Qarabağ" xalını 50-yə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər