Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarına start verilib.
“Qafqazinfo” nun məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçirilib.
Günün ilk matçı Gəncədə baş tutub. Burada “Kəpəz” AZAL-ı qəbul edib. Qarşılaşma "Kəpəz"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” səfərdə “İnter”in qonağı olaub və 1:2 hesabı ilə uduzub.
Avropa Liqasındakı digər təmsilçimiz “Qarabağ” öz meydanında “Xəzər Lənkəran”ı qəbul edib. 1:0 hesabı ilə qalib gələn Ağdam klubu vahid lider olub.
Son xəbərlər
Son Xəbərlər