“Qarabağ” qayıtdı - Fotolar

qarabag-qayitdi
Oxunma sayı: 1927

Dünən Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində baş tutan matçda “Aberdin”ə (Şotlandiya) qalib gələn “Qarabağ” Azərbaycana qayıdıb.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb.  Qurban Qurbanovun komandasını Heydər Əliyev adına Hava Limanında “Qarabağ” azarkeşləri qarşılayıb. 

Qeyd edək ki, "Qarabağ" "Aberdin"i 3:1 hesabı ilə məğlub edərək Kofrans Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bununla da, klub Çempionlar Liqası, Avropa Liqasının ardınca Konfrans Liqasına da vəsiqə qazanan yeganə klub olub. Ağdamlılar ardıcıl 8-ci ildir avrokubokların qrupunda çıxış edəcək.