“Qafqazinfo” xəbər verir ki, bu barədə qaziler.az-a mərhumun döyüşçü dostları məlumat verib.
1970-ci ildə Zəngilan rayonunda doğulan R.Əhmədov ürək xəstəliyindən əziyyət çəkirmiş. O, 1993-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb. Elə o zaman da ürəyindən əməliyyat olunub.
Uzun illər, öz hesabına müalicə olunan Qarabağ qazisi bu gün ürəyindən tutan ağrılardan vəfat edib. Onun cənazəsi dəfn olunmaq üçün Şirvan şəhərinə aparılıb.
Ailəli olub, bir oğlu var.
Son xəbərlər
Son Xəbərlər