“Qarabağ” - “Qəbələ” matçının təyinatları açıqlandı

qarabag-qebele-matcinin-teyinatlari-aciqlandi
Oxunma sayı: 747

Futbol üzrə Azərbaycan Premyer Liqanın 12-ci turunun “Qarabağ” – “Qəbələ” oyununun təyinatları müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, dekabrın 6-da keçiriləcək bu qarşılaşmanın baş hakimi Orxan Məmmədov olacaq.

Qeyd edək ki, turun digər oyunları bəzi klublarda koronavirusa kütləvi yoluxmalar səbəbindən təxirə salınıb.

Azərbaycan Premyer Liqası
12-ci tur
6 dekabr

Qarabağ – Qəbələ
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Qəzənfər Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Azersun Arena”, 16:00.