“Qarabağ” – “Qəbələ” oyununa təyinatlar açıqlandı

qarabag-qebele-oyununa-teyinatlar-aciqlandi
Oxunma sayı: 878

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab görüşləri üçün bütün təyinatlar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” – “Qəbələ” matçını İnqilab Məmmədov idarə edəcək.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları
1 may

“Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov 
Tofiq Bəhramov adına Respublika Stadionu, 17:00
İlk oyun (0:1)

“Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev 
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev 
Zirə İdman Kompleksinin stadionu, 20:00
İlk oyun (0:0)

Qeyd: Hər iki oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.