“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Səbail”ə qarşı

qarabag-qebeleye-neftci-sebaile-qarsi
Oxunma sayı: 1724

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutacaq.

Turun açılış oyununda “Qəbələ” doğma meydanda lider “Qarabağ”la üz-üzə gələcək.

“Sabah” bu turda “Şamaxı”, “Sumqayıt” isə “Zirə”ni qəbul edəcək. “Neftçi” də “Səbail”in qonağı olacaq.

Azərbaycan Premyer Liqası
24-cü tur
24 aprel

“Qəbələ” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:30.

“Sabah” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev.
Masazır. “Bank Respublika Arena”, 18:30.

“Sumqayıt” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
“Sumqayıt Arena”, 20:00.

“Səbail” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Bakı. “ASCO Arena”, 20:00.