Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün birinci matçında “Sumqayıt” doğma meydanda “Səbail”i qəbul edəcək. Komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gələcəklər.
Günün digər oyununda son ölkə çempionu “Qarabağ” “Qəbələ” ilə qarşılaşacaq.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunlar
1 fevral
16:00. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov.
Sumqayıt. “Kapital Bank Arena”.
18:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
Son xəbərlər
Son Xəbərlər