“Qarabağ” “Qəbələ”yə qarşı

qarabag-qebeleye-qarsi
Oxunma sayı: 2460

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq. 

“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutacaq.

Əvvəlcə “Keşlə” “Sabah”ı qəbul edəcək. Turun qapanış matçında isə lider “Qarabağ”la “Qəbələ” üz-üzə gələcək.

İlk oyun günündə “Zirə” “Sumqayıt”a (1:0), “Neftçi” isə “Səbail”ə (2:0) qalib gəlib.
 
Azərbaycan Premyer Liqası
18-ci tur
6 mart

“Keşlə” - “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Bakı. “ASK Arena”, 17:00.
 
“Qarabağ” - “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Bakı. “Azərsun Arena”, 19:15.