“Qarabağ” qrup mərhələsində!- - Üç qolla-Yenilənib

qarabag-qrup-merhelesinde-
Oxunma sayı: 1342


“Qafqazinfo”nun məlumatına görə, komandalar oyuna aşağıdakı tərkibdə çıxacaq:

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev,  Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Əfran İsmayılov, İlqar Qurbanov, Cavid Tağıyev

Ehtiyat oyunçular: Fərhad Vəliyev,  Elvin Yunuszadə, Vüqar Mustafayev, Raydell Puponu, Azər Salahlı, Namiq Yusifov, Coşqun Diniyev

***

"Yanq Boyz": Mvogo, Floren Haderqyonay, Milan Vilotiç, Von Bergen (k),  Skot Sutter, Leonardo Bertone, Miralem Süleymani,  Denis Zakariya,  Aleksandr Qonzalez, Yuya Kubo, Qiyom Oaro

Ehtiyat oyunçular: Marko Völfli, Rafael Nuzzolo,   Yan Lekyaks, Roçat, Haris Tabakoviç,  Samuel Afum, Milan Qayiç.

***

Oyunun 4-cü dəqiqəsində hakimin təyin etdiyi penaltini Riçard Almeyda uğurla yerinə yetirir. "Qarabağ" 1:0 hesabı ilə öndədir. 

***

Hakim "Yanq Boyz"un futbolçusu Stiv von Bergenə qırmızı vərəqə verir. Rəqib komanda 10 nəfərlə mübarizəni davam etdirir. 

***

Riçard Almeyda 43-cü dəqiqədə "Qarabağ"ın ikinci qolunu vurur. "Qarabağ" 2:0 hesabı ilə irəlidədir. 

***

Oyunda ilk hissə başa çatır. Hesab 2:0 Ağdam klubunun xeyrinədir. 

***

61-ci dəqiqədə Əfran İsmayılov "Qarabağ"ın üçüncü qolunu vurur. 

***

Oyun başa çatır. "Qarabağ" "Yanq boyz"a 3:0 hesabı ilə qalib gələrək Avroliqanın qrup mərhələsinə adlayır. 

“Qafqazinfo”