“Qarabağ” “Rakuv”a uduzarsa, bu cütün məğlubu ilə qarşılaşacaq

qarabag-rakuva-uduzarsa-bu-cutun-meglubu-ile-qarsilasacaq
Oxunma sayı: 2164

“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bilinib.  “Qafqazinfo” xəbər verir ki, buna bu gün keçiriləcək püşkatma mərasimində aydınlıq gəlib.

Çempionlar Liqasının II təsnifat mərhələsində “Rakuv”la qarşılaşacaq ağdamlılar Polşa klubuna məğlub olarsa, HIK (Finlandiya) – “Molde” (Norveç) cütünün məğlubuna rəqib olacaq.

“Qarabağ” – “Rakuv” cütünün məğlubu ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda keçiriləcək.