Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
“Qafqazinfo”nun Qol.Az-a istinadən məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən “Qarabağ" da bu gün növbəti sınağına çıxacaq.
Qurban Qurbanovun komandasının rəqibi Avstriya çempionu “Zalsburq”dur. Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisinin güclü rəqibinə necə müqavimət göstərəcəyi maraqla gözlənilir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.
30 iyul
Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunları
20:30. “Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya)
Baş hakim: Sergey Boyko (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
***
“Mövsümün startında göstərdiyimiz oyuna görə futbolçularımla fəxr edirəm. Yetirmələrim məhsuldarlığı ilə də göz oxşayır”.
Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi Adi Hütter deyib.
Mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu öncəsi mətbuat konfransında iştirak edib. Hütter Bakıdakı görüş haqda iddialı danışıb: “Qol iştahamız “Qarabağ”la oyunda da dayanmayacaq. Azərbaycan çempionu sonadək mübarizə aparan komandadır. 30 min azarkeş də onları dəstəkləyəcək. Lakin bizim üçün bunun fərqi yoxdur. Biz öz oyunumuzu oynamalıyıq. “Qarabağ”ın heyətində Reynaldonu fərqləndirə bilərəm. Rəqibimizi oyun boyu təzyiq altında saxlayacağıq”.
Qeyd edək ki, “Qarabağ” – “Zalsburq” oyunu bu gün saat 20:30-da başlayacaq.
Son xəbərlər
Son Xəbərlər