“Qarabağ” rəhbərliyi işdən çıxarıldığı deyilən fotoqraf Elmir Kərimovla görüşüb. “Qafqazinfo” xəbər verir ki, o, ötən gün klubun ofisinə dəvət edilib.
E.Kərimovla görüşdə məsələyə aydınlıq gətirilib və arada anlaşılmazlıq olduğu bildirilib.
Açıqlama verən fotoqraf özü də məlumatı təsdiqləyib. O bildirib ki, klub rəhbərliyi ilə görüşdə məsələlərə aydınlıq gətirilib: “Yenidən işə qayıtmaq təklif olundu. Bununla bağlı qərarımı yaxın günlərdə verəcəm”.
Qeyd edək ki, Elmir Kərimov bir neçə gün öncə matçlardan çəkiliş üçün ona verilən 100 manatlıq qonorarın 50 manata endirilməsindən sonra klubdan ayrıldığını bildirmişdi.
Həmçinin oxuyun: Задержан мойщик, укравший 15 тыс.манатов из машины мужа Зенфиры
Son xəbərlər
Son Xəbərlər