“Qarabağ” – “Rudar” matçının hakimi bəlli oldu

qarabag-rudar-matcinin-hakimi-belli-oldu
Oxunma sayı: 1126


“Qafqazinfo”nun məlumatına görə, qarşılaşmanı rumıniyalı baş hakim Sebastyan Konstantin Koltesku idarə edəcək. 

Ona həmyerlilərindən Radu Adrian Ștefan Ginqulyak və Mirça Mixail Qriqoryu yan xətt, George Katalin Qaman 4-cü hakim qismində yardımçı olacaq. Ukraynalı Vladimir Petrov UEFA hakim-inspektoru, bolqarıstanlı İvan Borisov Lekov isə UEFA nümayəndəsi funksiyalarını yerinə yetirəcək. 

İyulun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:30-da başlanacaq.