“Qarabağ” – “Sabah” oyunu Həsənova tapşırıldı

qarabag-sabah-oyunu-hesenova-tapsirildi
Oxunma sayı: 939

Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilməli olan “Qarabağ” – “Sabah” oyununa təyinatlar müəyyənləşib.

"Qafqazinfo" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu oyunu Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Azərbaycan Premyer Liqası
1-ci tur
22 avqust

“Qarabağ” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Bakı. “Azersun Arena”, 20:00.