“Qarabağ” sabah qayıdır

qarabag-sabah-qayidir
Oxunma sayı: 1424


Ağdam təmsilçisi yerli vaxtla saat 19:30-da (Azərbaycan vaxtıyla 22:30) Kössen qəsəbə stadionunda 90 dəqiqəlik çalışma yerinə yetirdi. Qurban Qurbanovun komandasının məşqi taktiki çalışma üzərində baş tutdu.

Bu gün sonuncu yoxlama oyununa çıxacaq komandanın rəqibi Rusiya "Lokomotiv"i olacaq. Oyun Kössen qəsəbə stadionunda keçiriləcək. Oyunun başlama saatı 18:30-a (Azərbaycan vaxtıyla 21:30) nəzərdə tutulub. Oyun klubun rəsmi "YouTube" kanalı ilə canlı olaraq yayımlanacaq.

Oyunun sabahı, iyulun 8-i isə ağdamlılar Azərbaycana qayıdacaq. Komanda Münhen – İstanbul – Bakı reysiylə vətənə dönəcək.