“Qarabağ” “Sabah”a qalib gəldi

qarabag-sabaha-qalib-geldi
Oxunma sayı: 1591

Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, Ağdam klubu “Azərsun Arena”da “Sabah”la qarşılaşıb.

Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilmiş yoxlama oyununda “Sabah” 2:1 hesablı əzmkar qələbə qazanmışdı. Bu dəfə isə Ağdam klubu hər hissədə bir qol vurmaqla inamlı qələbəyə sevinib.

Yoxlama oyunu

11 avqust

Qarabağ – Sabah 2:0
Qol: Uroş Matiç, 31-pen. Mahir Emreli, 85.
Bakı. “Azərsun Arena” stadionu.