“Qarabağ” “Sabah”a qarşı

qarabag-sabaha-qarsi
Oxunma sayı: 1162

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümdə ilk turun daha bir oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" "Sabah"ı qəbul edəcək. Matç saat 20:00-da başlayacaq. Bu komandalar yay təlim-məşq toplanışı çərçivəsində 2 dəfə qarşılaşıblar. Qəbələdə rəqibinə uduzan (1:2) Ağdam təmsilçisi Bakıda qalib (2:0) gəlib.

Qeyd edək ki, ilk tura sabah keçiriləcək "Qəbələ" - "Zirə" oyunu ilə yekun vurulacaq.

22 avqust (şənbə)

20:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”

23 avqust (bazar)

19:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu