“Qarabağ” sabaha qədər transfer etməsə...

qarabag-sabaha-qeder-transfer-etmese
Oxunma sayı: 2525

“Qarabağ”ın  Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda meydana çıxacaq futbolçu transfer etmək üçün 2 gün vaxtı var.

“Qafqazinfo” xəbər verir ki, əsas problem olan qapıçı mövqeyinə oyunçu axtaran ağdamlılar sabah axşama qədər bunu reallaşdırmalıdırlar. 

Əgər yeni gələcək futbolçu sabaha qədər gəlməsə, o, Belçika klubu ilə keçiriləcək vacib oyunlarda iştirak edə bilməyəcək. 

Bunun səbəbi isə UEFA-nın iştirak ərizələri üçün qoyduğu vaxtdır. 

“Qarabağ” sabah 00:00-a qədər iştirak ərizəsini qitə futbol qurumuna təqdim etməlidir.

Həmçinin oxuyun: “Проели 6 миллионов, выделенные президентом на сериалы” - Видео