“Qarabağ” “Sabah”la bərabərə qaldı

qarabag-sabahla-berabere-qaldi
Oxunma sayı: 2931

Azərbaycan Premyer Liqasında 22-ci tur davam edir.

"Qafqazinfo" xəbər verir ki, mərkəzi matçda lider "Qarabağ" ən yaxın izləyicisi "Sabah"ı qəbul edib və 1:1 hesablı bərabərə qalıb.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

11 fevral (şənbə)

17:00. “Qarabağ” – “Sabah” - 1:1 

Qollar: Musa Qurbanlı, 15 (1:0), Bəxtiyar Həsənalızadə, 75 (1:1)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov
“Azersun Arena”