“Qarabağ” “Sabah”la qarşılaşacaq

qarabag-sabahla-qarsilasacaq
Oxunma sayı: 928

Təlim-məşq toplanışını davam etdirən “Qarabağ” növbəti yoxlama oyununu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubu "Sabah"la üz-üzə gələcək. 

“Azersun Arena”da baş tutacaq qarşılaşma 20:00-da start götürəcək. Tərəflər arasında iyulun 25-də Qəbələdə keçirilən görüşdə “Sabah” 2:1 hesablı qələbə qazanıb.
 
Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində keçirdiyi yoxlama görüşlərinin hamısında qələbə qazanıb – “Sumqayıt” (1:0), “Neftçi” (5:2), “Qəbələ” (2:0). “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) məğlub edib.
 
Yoxlama görüşü
 
11 avqust
 
20:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”