“Qarabağ” “Sampdoriya”nın futbolçusunu transfer etdi

qarabag-sampdoriyanin-futbolcusunu-transfer-etdi
Oxunma sayı: 3599


“Qafqazinfo” xəbər verir ki, “Azeirpsort.az”-ın komandanın fan-klubunun Facebook səhifəsinə istinadən məlumatına görə, “Qarabağ”  İtaliyanın “Sampdoriya” komandasının hücumçusu Stefano Okakanı heyətinə qatıb.

Ağdam təmsilçisi Okakanı 1 milyon 200 min avroya heyətinə qatıb. Son mövsümdə Okaka 13 oyunda 4 qol vurub. Okaka İtaliya yığmasının müxtəlif yaş qrupları üzrə yığmalarına da dəvət alıb. Gənclərdən ibarət yığmada isə 7 oyun keçirib və 2 qol vurub.

Okaka əvvəllər “Roma”, “Modena”, “Breşiya”, “Fulhem”, “Bari”, “Parma” və “Spesiya”nın şərəfini qoruyub.