“Rusiya Yerevandakı hadisələrdən asılı olmayaraq Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli sazişə əməl edəcəyinə inanır”.
“Qafqazinfo” xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
“Biz Ermənistan rəhbərlərinin məsuliyyətinə çox ümid edirik. Hansı hadisələrin baş verməsindən asılı olmayaraq, sazişin icrasında davamlılıq olmalıdır. Bu sazişə zidd olan istənilən hərəkət, addım böyük faciəyə səbəb ola bilər. Buna icazə verilməməlidir”, - deyə Matviyenko bildirib.
Spiker xatırladıb ki, saziş Cənubi Qafqaza sabitlik gətirib:
“Proseslər davam edir. Bu, elə də asan deyil, mürəkkəbdir. Hər gün bu və ya digər nüanslar baş verir. Ancaq ən əsası razılaşma əldə edildi və indi onun həyata keçirilməsinə davam etməliyik”.
Son xəbərlər
Son Xəbərlər