“Qarabağ” səfərdə, “Qəbələ” evdə sərfəli nəticə arzusunda -

qarabag-seferde-qebele-evde-serfeli-netice-arzusunda-
Oxunma sayı: 777


“Qarabağ” səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gələcək. Bernin “Stad de Suiss” arenasında keçiriləcək qarşılaşma Bakı vaxtilə saat 23:00-da başlayacaq.

“Qəbələ”ni isə qrup mərhələsinə gedən yolda daha çətin rəqib gözləyir. Təmsilçimiz “Bakcell Arena”da böyük Avrokuboklar təcrübəsinə malik Yunanıstan “Panatinaikos”u ilə üz-üzə gələcək. Qarşılaşma 21:00-da başlayacaq.

Avropa Liqası

Pley-off mərhələsi

İlk oyunlar

20 avqust


23:00. “Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan)

Baş hakim: Vladislav Bezborodov

Yan xətt hakimləri: Nikolay Qolubev, Maksim Qavrilin

Dördüncü hakim: Aleksey Yeskov (hamısı Rusiya)

Hakim-inspektor: Lassin İsaksen (Farer adaları)

UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

Bern. “Stad de Suiss”


21:00. “Qəbələ” – “Panatinaikos” (Yunanıstan)

Baş hakim: Andre Marriner (İngiltərə)

Baş hakimin köməkçiləri: Simon Bennett, Li Betts (hər ikisi (İngiltərə)

Dördüncü hakim: Robert Madli (İngiltərə)

Hakim-inspektor: Zbiqnev Przesmiçki (Polşa)

UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Bakı. “Bakcell Arena”

“Qafqazinfo”