“Qafqazinfo” “aut.az” saytına istinadən xəbər verir ki,qarşılaşmanı izləyən azarkeşlərdən biri 10 manat azn-ə 15-ci sektor, sıra 7, yer 28-ə bilət alıb. Azarkeş stadionda biletində qeyd edilmiş sıralamaya uyğun yerini almaq istəyərkən, oturmalı olduğu yerdə digər azarkeşin əyləşdiyini görüb. Nəticədə azarkeşlər arasında mübahisə yaşanıb. Mübahisə böyüməmiş aydın olub ki, hər iki vətəndaşın biletində eyni sektor, sıra və yer göstərilib. Bundan sonra, məlum olub ki, 10 manatlıq bilet orijinal, 5 manata alınan bilet isə saxtadır. Bu isə tarixində ilk dəfədir Avroliqanın qrup mərhələsində mübarizə aparan “Qarabağ” klubunun qarşılaşmasında saxta bilet satışının baş tutduğuna sübutdur.
Son xəbərlər
Son Xəbərlər