“Qarabağ” Serbiya klubuna qalib gəldi

qarabag-serbiya-klubuna-qalib-geldi
Oxunma sayı: 2551

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama görüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası Serbiyanın “Çukariçki” klubu ilə üz-üzə gəlib. 

Ağdamlılar görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb. 

Yeganə qolu 42-ci dəqiqədə Kevin Medina vurub.