“Qarabağ”- “Şerif” matçının biletləri satışda

qarabag-serif-matcinin-biletleri-satisda
Oxunma sayı: 3343

“Qarabağ” və Moldovanın “Şerif” komandaları arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri satışa çıxarılıb.

“Qafqazinfo”nun Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatadır.

Biletlər “Park Bulvar”dakı “Qarabağ” FK Fan-şopunda, Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, “28 Mall” da və onlayn olaraq, iTicket.az saytı vasitəsilə satılır. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Şerif”  matçı saat 21:00-da start götürəcək. İlk oyun isə avqustun 23-də Tiraspoldakı “Şerif”  İdman Kompleksinin stadionunda təşkil olunacaq.