“Qarabağ” – “Sevilya” matçı üçün ukraynalılar

“Qarabağ” – “Sevilya” matçı üçün ukraynalılar
Oxunma sayı: 712

Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyununun hakimləri müəyyənləşib. “Qafqazinfo” xəbər verir ki, UEFA qarşılaşmaya ukraynalı hakimlər briqadasını göndərir.

Oyunu Yevgeni Aranovski idarə edəcək. Ona Semyon Şlonçak və İqor Alyoxin kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Yaroslav Kozik yerinə yetirəcək.

Hakimlərin işinə bosniya və herseqovinalı hakim-inspektor Elmir Pilav qiymət verəcək. Matçın UEFA nümayəndəsi Boris Stankov (Bolqarıstan) olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi