Qarşılaşmanın baş hakimi Miroslav Zelinka ofsayd adı ilə qeydə almadığı qola görə qitə futbol qurumuna şikayət edən təmsilçimiz bu dəfə məhkəməyə üz tutub. Çexiyalı ədalət qoruyucusunun təmsilçimizin vurduğu qolu qeydə almamaqla səhvə yol verdiyi aşkar görünsə də, komandamızın ilk şikayətindən sonra dəyişən heç nə olmamışdı. Çünki qitə futbol qurumu dəfələrlə belə halların olduğunu və ayrı bir qərar verilmədiyini misal gətirərək bunun mümkün olmayacağını bildirdi. Nəticədə “Qarabağ”ın yer aldığı qrupdan “İnter” və Ukraynanın “Dnepr” klubları növbəti mərhələyə adladı
"Qafqazinfo" xəbər verir ki, dünən “Qarabağ”ın türkiyəli vəkili Qürur Qayə Günal ölkəsinin mətbuatına açıqlamasında bu məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəklərini bildirib. O, UEFA-nın qolu qeydə almamsı qərarını ləğv etmələrini tələb edəcəklərini bildirib.
Qaydalara əsasən belə bir şikayət mümkün deyil. Çünki UEFA Nizamnaməsinin 63-cü maddəsinin 1 a) bəndinə əsasən "Oyunun Qaydaları kimi, təmiz idman qaydasının tətbiqi ilə bağlı" məsələlərə CAS tərəfindən baxılmır. Keçən həftə Moskvada baş tutmuş açıq müzakirələr seminarında iştirak edən UEFA-nın İntizam Komitəsinin rəhbəri Emilio Qarsiya da bu məqama toxundu.
Qarsiya Yaxınlarda İngilitərə və Norveçin qızlardan ibarət yığmalarının oyunu ilə bağlı verilmiş məlum qərar (hakimin qərəzli idarəçiliyinə görə oyunun yenidən keçirilməsi ilə bağlı qərar verilmişdi) barədə açıqlama verib. İntizam Komitəsinin sədri bildirib ki, bu istisna haldır. Yəni nadir hallarda belə məsələlərlə bağlı CAS-I narahat etmək mümkündür. Lakin Qarsiya bildirib ki, hazırki vəziyyətdə isə bu mümkünsüzdür. Hətta UEFA rəsmisi “Qarabağ”ı da misal gətirib və həmin oyunla bağlı heç bir şikayətin qəbul olunmayacağını bildirib.

UEFA Nizamnaməsində yuxarıda adını çəkdiyimiz maddənin a bəndinin tərcüməsi isə belədir:
a) CAS oyun Qaydaları kimi sırf idman qaydasının tətbiqinə və ya yarışların texniki şərtlərinə aid məsələləri haqqında qərar verə bilməz
Son xəbərlər
Son Xəbərlər