“Qarabağ” daha bir futbolçu transfer edib. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubu Portuqaliyanın “Sportinq” klubundan Simeon Slavçevi transfer edib.
24 yaşlı yarımmüdafiəçi klubla münasibətlərini rəsmiləşdirib.
Bu, “Qarabağ”ın Filip Ozobiç, Rahil Məmmədov, Abdullah Zubir və Hannes Halldorssondan sonra 5-ci transferi olub.
Qeyd edək ki, Simeon Slavçev 2014-cü ildə “Lteks”dən “Sportinq”ə transfer olunub. O, Portuqaliya klubundan “Bolton”, “Apollon” və “Lexiya” klublarına icarəyə verilib.
Son xəbərlər
Son Xəbərlər