“Qarabağ” son 10 ilin ən yaxşıları arasında

qarabag-son-10-ilin-en-yaxsilari-arasinda
Oxunma sayı: 1471

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 ilin ən yaxşı futbol klublarını açıqlanıb. “Qafqazinfo”  xəbər verir ki, 2011-2020-ci ilin nəticələrini əhatə edən siyahıda 140 klub yer alıb.

Azərbaycan burada yalnız bir klubla təmsil olunub. Belə ki, "Qarabağ” dünyada 98-cidi. Azərbaycan çempionu 1149,5 xala malikdi.

Cədvələ İspaniya nəhəngləri başçılıq edir. "Barselona”nın 2877, "Real”ın 2782 xalı var. 3-cü olan Almaniya "Bavariya”sı 2594,5 xal toplayıb.