“Qarabağ” sonuncu yoxlama oyununa çıxır

qarabag-sonuncu-yoxlama-oyununa-cixir
Oxunma sayı: 1159

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, ölkə çempionu Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) komandası ilə üz-üzə gələcək.

Vörgl stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Ağdam təmsilçisi ilk yoxlama görüşündə Macarıstan “Ferentsvaroş”u ilə heç-heçə edib – 3:3. Komanda ikinci matçında Polşanın “Legiya” klubuna uduzub – 0:2.