“Qarabağ” “Sportinq”in sabiq qapıçısını istəyir

“Qarabağ” “Sportinq”in sabiq qapıçısını istəyir
Oxunma sayı: 1989

“Qarabağ” daha bir qolkiperlə maraqlanır.

“Qafqazinfo” Sloveniyanın “Nogomani” portalına istinadən xəbər verir ki, “Maribor”un qapıçısı Ajbe Yuqa Ağdam təmsilçisinin məşqçilər korpusunun diqqətini cəlb edib.
Amma keçidin bu qış “transfer pəncərəsi”, yoxsa yayda baş tutacağı barədə məlumat verilməyib. 

30 yaşlı sloveniyalı daha əvvəl Fransanın “Bordo”, Portuqaliyanın “Sportinq” və Niderlandın “Fortuna”(Sittar) klublarının qapısını qoruyub.