“Qarabağ” “Sumqayıt”a, “Keşlə” “Zirə”yə qarşı

qarabag-sumqayita-kesle-zireye-qarsi
Oxunma sayı: 1142

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, yarımfinalın ilk görüşləri eyni gündə baş tutacaq.

Əvvəlcə “Keşlə” doğma meydanda “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Digər yarımfinal görüşü “Sumqayıt”la “Qarabağ” arasında baş tutacaq. 

Yarımfinalın cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinalın ilk oyunları

21 aprel

“Keşlə” – “Zirə”

Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli.

Bakı. “ASK Arena”, 18:30.

“Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov.

Sumqayıt. “Kapital Bank Arena”, 20:30.