“Qarabağ” “Sumqayıt”a qarşı

qarabag-sumqayita-qarsi
Oxunma sayı: 836

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turun iki oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, günün ilk qarşılaşması Bayılda baş tutacaq. “ASCO Arena”da turnir cədvəlinin son pillələrində qərarlaşan “Səbail” və “Sabah” komandaları üz-üzə gələcək.

Ötən tur liderliyi əldən verən “Qarabağ” isə Sumqayıta səfər edəcək. Ağdam təmsilçisi  “Sumqayıt”ın qonağı olacaq. Turun “Keşlə” – “Zirə” və “Neftçi” – “Qəbələ” görüşü sabah keçiriləcək.  

Azərbaycan Premyer Liqası
XVI tur
19 fevral (cümə)

16:00 “Səbail” – “Sabah”
“ASCO Arena”. Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov.

18:00 “Sumqayıt” –“ Qarabağ”
“Sumqayıt Arena”. Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu.