“Qarabağ” “Sumqayıt”la heç-heçəyə razılaşdı

qarabag-sumqayitla-hec-heceye-razilasdi
Oxunma sayı: 1005

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, yarımfinalın ilk görüşləri eyni gündə baş tutub.

Əvvəlcə “Keşlə” doğma meydanda “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. “Zirə” bu görüşdən 2:1 hesablı qələbəyə sevinib.

Digər yarımfinal görüşü “Sumqayıt”la “Qarabağ” arasında baş tutub. Qarşılaşma qolsuz başa çatıb - 0:0.

Yarımfinalın cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın ilk oyunları
21 aprel

“Keşlə” – “Zirə” 1:2
Qol: S.Tounkara, 45+2 – R.Bonqonqui, 57. N.Andelkoviç, 62.
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Kamran Bayramov, Vüqar Həsənli.
Bakı. “ASK Arena”, 18:30.

“Sumqayıt” – “Qarabağ” 0:0
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Zeynal Zeynalov, Rauf Cabarov.
Sumqayıt. “Kapital Bank Arena”, 20:30.