Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la “Sürix” (İsveçrə) arasındakı ilk oyunu iyulun 19-u, saat 20:00-da başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Cavab görüşü isə iyulun 27-də İsveçrədə baş tutacaq.
***
Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Sürix" - "Qarabağ" cavab oyununun hakimləri bəlli olub.
“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Letsiqrund" stadionunda baş tutacaq oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Allard Lindhouta, yan hakimlər - Çarlz Sxap və Roy De Nas kömək edəcək. Dördüncü hakim funksiyasını Jerön Mansxot yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 27-də baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşma isə iyulun 19-da Bakıda olacaq.
Son xəbərlər
Son Xəbərlər