"Hansı hava şəraitində oynadığımızı özünüz gördünüz. Ancaq bu, hər iki komanda üçün eyni idi. Ötürmələr zamanı çox sayda səhvlər etdik. Uşaqlar ağır hərəkət edirdilər. Buna baxmayaraq, onlara "afərin" deyirəm ki, sona qədər mübarizə apardılar. Futbolçularıma heç bir iradım yoxdur. “Qarabağ” topla yaxşı davranan yüksək səviyyəli komandadır".
Məşqçi, həmvətənimiz Aleksandr Səmədovun heyətdən kənar qalmasının səbəbini də açıqlayıb: "Saşa bir qədər zədəlidir. Həkimlərin məsləhətinə əsasən oyunu buraxmalı oldu".
Xatırladaq ki, "Qarabağ" - "Lokomotiv" oyunu 2:2 hesabı ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər