“Qarabağ” transferi açıqladı

qarabag-transferi-aciqladi
Oxunma sayı: 4350

“Qarabağ” transfer pəncərəsinin son günündə növbəti keçidini reallaşdırıb.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, Ağdam klubu milli komandamızın üzvü Araz Abdullayevi heyətinə qatıb.

Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan Abdullayev 2 illik icarəyə götürülüb.

Qey edək ki, 26 yaşlı vinqer son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.